Finss.az - PASHA Bank kiçik və orta sahibkarlıq (KOS) seqmenti üzrə Baş Müştəri meneceri axtarır. Vəzifənin əsas məqsədi potensial müştərilərlə birbaşa əlaqə qurmaq, onları banka cəlb etmək və təqdim olunan məhsul və xidmətlər barədə məlumatlandırmaqdır.
Əsas vəzifələr:
- Müəyyən olunmuş hədəflərə çatmaq,
- Mövcud müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması,
- Kredit müraciətlərinin ilkin maliyyə təhlilinin aparılması,
- Kredit analitikləri ilə əməkdaşlıq,
- Kreditlərin geri ödənilməsinə nəzarət,
- Müştəri portfelinin mənfəətliliyinin qorunması.
Tələblər:
- Maliyyə, İqtisadiyyat və ya Bankçılıq sahəsində ali təhsil,
- KOS bankçılığı üzrə 2-4 illik iş təcrübəsi,
- Microsoft Office bilikləri,
- İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı.
Vakansiya tam ştat iş rejimini nəzərdə tutur.
Ətraflı məlumat və müraciət üçün keçid: PASHA Bank – KOS üzrə Baş Müştəri menecer